“Darvin özü də inanclı insan olub
6447
27 Nov 2015 | 15:59

“Darvin özü də inanclı insan olub"

“Quranın tərcüməsində səhvlər yox, ayələrin yozumunda fərqli fikirlər ola bilər. Burada Quranın mətnindən söhbət getmir, bəzən mötərizələrdə Quran ayələrinin şərhi verilir. Həmin şərhlərdə fərqli fikirlər ola bilər”.

Bunu Moderator.az-a açıqlamasında Hacı Şahin ilahiyyatçı Elşad Mirinin “Ziya Bünyadovla Vasim Məmmədəliyev “Quran”ı düzgün tərcümə etməyiblər” fikrinə münasibət bildirərkən söyləyib.

Hacı Şahin Elşad Mirinin “Vasim Məmmədəliyev və rəhmətlik Ziya Bünyadov “Bəqərə” surəsini burda şərh edərkən göstəririrlər ki,  macar islamşünası Qoldsenin mülahizlərinə görə bu surədə Darvinizmin əlamətləri var. İndi buna düz demək olarmı?! Halbuki, “Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?” sualının cavabını açıqlayıb:

“Din təkamül nəzəriyyəsini tam şəkildə inkar etmir. Təkamül nəzəriyyəsi doğru olsa belə dinlə ziddiyyət təşkil etmir. Düzdür, təkamül nəzəriyyəsinin kifayət qədər mübahisəli tərəfləri var və bu elmi mövzudur. Amma təkamül nəzəriyyəsinin həqiqətə uyğun tərəfləri də ola bilər və bu da dinlə tamamilə ziddiyyət təşkil etmir. Çünki tədricən yaranma, təkamül yolu ilə yaranma haqqında danışılırsa bunun tam dinə zidd olduğunu demək də doğru deyil. Əlbəttə ki, təkamül nəzəriyyəsinin bir sıra zəif tərəfləri də var və bu gün bir sıra alimlər bu nəzəriyyəni tam olaraq qəbul etmirlər. Ancaq qeyd edim ki, bu nəzriyyənin banisi Darvin özü də inanclı bir insan olub, xristian dininə inanıb. Darvin nəzəriyyəsi də elmi nəzəriyyədir, zəif və güclü tərəfləri ola bilər. Kimlərsə də Quran ayələrində bu nəzəriyyəyə uyğun əlamətlər görə bilər. Burada irad Quranın sırf təfsirinədir, şərhinədir və ayələrə müxtəlif yanaşmalar da ola bilər”.
Hacı Şahin ilahiyyatçının ““Nisa” surəsindəki bir ayəni “qadınlarınızı döyün” kimi təqdim ediblər” fikrinə də aydınlıq gətirib: “Döyün ifadəsi ərəb dilində “tənbeh edin” mənasında da işlənir. Quranda “döyün” ifadəsi zorakılıq tətbiq etmə mənasında yox, hansısa bir şəkildə tənbeh mənasında işlənə bilər. “Vurun” sözü birbaşa döymək mənasında qəbul edilməmlidir”.

Rumiyyə
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər