Bizi sosial şəbəkələrdən izləyin:
“Kadırovun şəxsiyyəti hər kəsə bəllidir, o, hər fürsətdə Putinə yaltaqlanmaqdan ötəri bilmir ki, neyləsin. Bu hal birinci dəfə deyil, Ukrayna hadisələri zamanı da o, belə bəyanatlar verirdi. Görünür ki, atasının aqibəti ona dərs olmayıb”.
Bunu
Moderator.az-a açıqlamasında politoloq, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib.
Sülhəddin Əkbər deyib ki, Türkiyənin Rusiya helikopterini vurması xoşagəlməz hadisədir və Rusiya-Türkiyə münasibətləri baxımından ciddi nəticələr doğuracaq: "Amma burada Türkiyənin doğru hərəkət etdiyini düşünürəm. Həm Türkiyə öz sərhədlərini qorumaq haqqına sahibdir, Türkiyə “anrajman kuralları” dediyi təhdidi önləmə qaydalarına görə hərəkət edibdir. Rus helikopteri bütün xəbərdarlıqlara rəğmən heç bir cavab verməyib. Bunu Türkiyənin NATO müttəfiqləri də təsdiqləyirlər, Türkiyənin bu hərəkəti beynəlxalq hüquqa uyğundur. Eyni zamanda türkmənlərin müdafiəsi baxımıdan da edilən xəbərdarlıqlar doğrudur. Rusiya Əsəd rejimini, Əsədin Suriya üzərində nəzarətini gücləndirmək işinə girişib. Əslində bu da Türkiyəyə və onun bütün müttəfiqlərinə meydan oxumaqdır. Rusiyanın dəstəklədiyi əməliyyatlar ABŞ-ın, Türkiyənin yaratmaq istədikləri güvənli bölgə sahəsində gedir. Mənə elə gəlir ki, bu hadisənin təkcə Türkiyə üçün deyil, Rusiya üçün də ciddi nəticələri olacaq”.
Xatırladaq ki, Çeçenistanın lideri Ramzan Kadırov bəyanat yayaraq bildirib ki, Türkiyə Rusiya təyyarəsini vurduğuna görə, uzun müddət peşmançılıq çəkəcək və minlərlə çeçen könüllüsü Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır.
Rumiyyə