“Rusiya Türkiyənin notasını da, təkliflərini də nəzərə alacaq, çünki...”
Dünya
4896
23 Nov 2015 | 16:54

“Rusiya Türkiyənin notasını da, təkliflərini də nəzərə alacaq, çünki...”

Suriyada sözdə İŞİD-ə qarşı mübarizə aparan Rusiya hərbi hava qüvvələrinin bu ölkədəki türkmənləri bombalaması Türkiyənin ciddi təpgisinə səbəb olub. Baş verənlərə etiraz əlaməti olaraq Rusiyaya nota təqdim edən Türkiyə, mülki insanların məhvini dayandırmağa çağırıb.

Məlumat üçün qeyd edək ki, Suriyadakı türkmən qəsəbələri bundan öncə də İŞİD və rusların hücumuna məruz qalmış, nəticədə xeyli sayda insan həlak olmuş, yaralanmışdır.

Baş verən proseslərlə bağlı diqqət çəkən iki başlıca məqam var ki, bu da Türkiyə tərəfindən Rusiyaya verilən notanın Kreml tərəfindən nə dərəcədə cdiddiyə alınacağı, digəri isə Azərbaycanda da başda olmaq digər türk dövlətlərinin bu məsələdə sərgilədiyi susqunuqdur.

Maraqlıdır, Suriya məsələsinidə ABŞ-ı belə gözardı edən Rusiya bu məslədə Türkiyənin etirazlarına etina edəcəkmi? Əgər Rusiya Türkiyənin təqdim etdiyi notadan sonra da, türkmən ərazilərinin bombalanmasını davam edərsə, o zaman rəsmi Ankaranın Kremlə təsir göstərmək üçün hansısa mexanizmi olacaqmı? Habelə, Suriyadakı türkmən qətliamına seyrçi qalan Azərbaycan və digər türk dövlətlərinin susqunluğu türk dünyasının həmrəyliyi baxımından nə dərəcədə qəbulediləndir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Rusiyanın İŞİD-in qisasını türkmənlərdən almasının məntiqsizlik olduğunu bildirib. Ekspertin sözlərinə görə, əslində Rusiyanı, xüsusilə də İran və Əsəfd rejimini narahat edən ən başlıca məsələ Türkiyənin dəstəyi ilə türkmənlərin nizami ordu formalaşdırmasıdır:

“Rusiya çox pis, təhlükəli siyasət yürüdür. Rusiyanın təyyarəsini partladan İŞİD olsa da, Rusiya üzüyola türkmənləri bombalayır. Əslində Rusiyanın türkmənləri bombalamasının səbəbi başqadır. Bu səbəb də ondan ibarətdir ki, Rusiya türkmənlərdən ibarət 5 min nəfərlik ordu hissəsi hazırlayıb. Bundan bəzi qüvvələr, xüsusilə də İran ciddi narahatlıq keçirir. Buna görə də İran rusları qızışdırıb türkmənlərin üstünə salır. Lakin təbii ki, ruslar ağıllı olmalı, bu cür şeylərə getməməlidir. Onlar İŞİD-ə qarşı döyüşməlidirlər. günahsız insanlara qarşı, türkmənlərə qarşı döyüşməməlidirlər. Əslində ruslar özləri də bilir ki, türlkmənlər dinc və üzüyola bir xalqdır. Amma bütün bunlara baxmayaraq, onlar Əsədin müdafiə nazirinin təqdimatı əsasında bu əraziləri bombalayır”.

Politoloqun sözlərinə görə, Rusiyanın terrorçulara qarşı mübarizə adı ilə dinc sakinlərə divan tutması Qərbdə də ciddi narazılığa səbəb olub:

“Məsələ bunddır ki, Qərb Rusiyaya qarşı onsuz da kifayət qədər qəzəblidir. Həm Bəşər Əsədə, həm də İŞİD rejiminə qarşı mübarizə aparmaqda qərarlıdır. Rusiya bu addımları ilə Qərblə gərgin münasibətlərini bir qədər də gərginləşdirir. Türkiyə bir müddət bundan öncə bombarduman yolu ilə, eləcə də türkmənlərin fəal iştirakı ilə iki türkmən kəndini İŞİD-dən azad etdi. Indi ruslar da acığa türkmənləri bombarduman edir. Rusiya həmişə olduğu kimi bu dəfə də axına qarşı üzməyə çalışır. Lakin unudur ki, kim ki, axına qarşı üzür, gec və ya tez hökmən məğlub olur. Suriya məsələsində Rusiyanın tutduğu mövqe qərəzli və ikibaşlıdır. Belə bir mövqe isə Qərbi, Türkiyəni əsla qane edə bilməz. Əslində Türkiyə NATO-nu Suriya məsələsində Rusiyaya qarşı kökləyə, ondan dəstək istəyə bilər. Bu dəstəyi də bu və ya digər formada Türkiyəyə verəcəklər.

Türkmən silahlı qüvvələrinin yaranması böyük əhəmiyyətə malikdir. Çünki kürd peşmərgələri çoxdan silahlanıb. Onlar ərazi uğrundakı mübarizədə ən aparıcı qüvvəyə çevriliblər. Türkmənlərə kimsənin torpağı lazım deyil. Onlar öz torpaqlaırn müdafiə etsələr kifayətdir. Silahlı qüvvələrinin mövcud olması da onlara buna görə lazımdır. Türkiyə gec də olsa bu məsələdə türkmənlərə kömək edib. Bu ayın sonunda Türkiyə ilə Rusiya arasında Strateji Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək. Yəqin ki, həmin toplantıda Suriyadakı hadisələr də müzakirə ediləcək. Onsuz da iqtisadi vəziyyəti kifayət qədər ağır olan Rusiya Türkiyənin notasını da, digər təkliflərini də nəzərə almaq məcburiyyətində qalacaq”.

 

Seymur Əliyev

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər