“Suriya məsələsində Rusiya və NATO üz-üzə gələ bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, Rusiya davamlı şəkildə vəziyyəti gərginləşdirir ki, bu da nəticə etibari ilə daha böyük qarşıdurmaları qaçılmaz edir:
“Rusiya bundan öncəki konfiliktlərdə olduğu kimi, Syruiya məsələsində də beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin rəyini nəzərə almır. Bu isə Rusiyaya qarşı onsuz da yaxşı olmayan münasibəti daha da pisləşdirir. Suriya məsələsində Rusiyanın ortaya qoyduğu mövqe isə onun Qərblə, NATO ilə münasibətlərini daha da kəskinləşdirir. Bu isə onların üz-üzə gəlmə ehtimalını artırır. Rusiya öz siyasətində redaktələr etməzsə, bu, ilk növbədə Kremlin özü üçün yaxşı olmayan hadisələrə gətirib çıxardacaq”.
Seymur Əliyev