Rusiyanın Suriyada türkmənlərin məskunlaşdığı əraziləri bombarduman etməsi Türkiyənin sərt təpgisinə səbəb olub. Belə ki, baş verənlərə etiraz əlaməti olaraq rəsmi Ankara Kremlə nota verib.
Maraqlıdır,
bir türk dövləti olaraq Azərbaycan da Suriyada türkmənlərin məhv edilməsinə
etiraz əlaməti olaraq rəsmi mövqe sərgiləməlidirmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli
yalnız Azərbaycanın deyil, bütün türk dövlətlərinin bu məsələdə öz etirazını
ortaya qoymasının zəruri olduğunu vurğuladı:
“Azərbaycan
Suriyadakı soydaşlarımızın səsinə Türkiyədən də öncə səs verməliydi ”“ ona görə
ki, Qarabağ savaşında biz yalnızlığın nə olduğunu yaşamışıq. Umduğun yerdən dar
zamanda yardım gəlməməsi çox dərin və acı izlər buraxır. Bu, həm də bir şərəf məsələsidir.
Hər şeyi Türkiyədən gözləmək doğru deyil.
Hər
türk dövləti türkmən qardaşlarımıza yardım etməli və hamısı da Rusiyaya sərt təpgi
göstərməlidir. Türkiyə üçünsə Suriya türkmənlərinə sahib çıxamaq həm də öz ölkəsinin
güvənliyi baxımından son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, bu məsələdə
Türkiyə həm özü təcili tədbirlər görməli, həm də türk dövlətlərini bu məsələdə
mövqe bildirməyə, əməli işə dəvət etməlidir”.
Seymur
Əliyev