Son vaxtlar rəsmi İrəvanın təşəbbüsü ilə Donbasdakı muzdluların Qarabağda yerləşdirilməsi ilə bağlı ölkə KİV-ində narahatverici məlumatlar yer almaqdadır. İddiaya görə, Donbasdakı muzdluların Qarabağ gətirilməsində məqsəd sadəcə təmas xəttinə nəzarət etməkdə çətinlik çəkən erməni ordusunun insan resursuna olan tələbatı ödəmək deyil, həm də Ukraynada döyüş təcrübəsi keçən bu döyüşçülərin savaş təcrübəsindən Azərbaycan ordusuna qarşı istifadə etməkdir.
Maraqlıdır, Donbas, eləcə
də dünyanın müxtəlif ölkələrindən Qarabağa muzdluların gətirilməsinin qarşısını
almaq üçün rəsmi Bakı siyasi-diplomatik müstəvidə hansısa addımlar atmalıdırmı?
Yoxsa əsas diqqət Azərbaycan ordusunun döyüş hazırlığının yüksəldilməsi yönəldilməlidir?
Ümumiyyətlə, başlanması an məsələsi olan Qarabağ savaşında muzdlular iştirakı
müharibənin nəticəsinə nə kimi təsir göstərə bilər?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli problemin həlli üçün Azərbaycanın bütün imkanlardan bəhrələnməsi gərəkdiyini vurğulayıb: “
Azərbaycan həm Qarabağa gətirilən
muzdlularla bağlı beynəlxalq səviyyədə məsələ qaldırmalı, həm də paralel olaraq
ordunu gücləndirməlidir. Bu yaxınlarda müdafiə nazirimiz Zakir Həsənov dedi ki,
ordumuz bir həftəyə Qarabağı alar! Səmimi şəkildə deyirəm, mənim üçün önəmli
olan torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunu hansı ali baş komandan edəcəksə,
o da bizim Milli Qəhrəmanımız olacaq!
Rusiyanın son zamanlar
yürütdüyü siyasət Azərbaycanın gələcəyinə təhlükə yaradır. Çox təəssüf ki,
bizim mövcud iqtidar bu təhlükəni önləmək üçün yetərli tədbir görmür. Nəzərə
almaq lazımdır ki, torpaqlarımızın işğal sürəsinin uzanması bizim əleyhimizə
işləyir.
Keçən hər gün bizim müharibə yoluyla
torpaqlarımızı işğaldan azad etmək şansımızı azaldır! Bunu nəzərə alaraq, çox
uzatmadan ölkəmizin bütün gücünü səfəbər edərək, ordumuzu maksimum
gücləndirərək torpaqlarımızı azad etməliyik! Qarabağla bağlı Minsk qrupunun
tərkibinə də dəyişiklik edilməlidir. Format belə olmalıdır:
ABŞ-Türkiyə-Rusiya-İran”.
Seymur Əliyev