“Rusiyadan kompensasiya tələb etmək mümkündür, lakin...”
Gündəm
4800
10 Nov 2015 | 11:48

“Rusiyadan kompensasiya tələb etmək mümkündür, lakin...”

KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında sovet işğalı nəticəsində Azərbaycana dəyən ziyana görə Rusiyadan kompensasiya tələb etməyin mümkünlüyünü vurğulayıb. M.Mirəlioğlunun qənaətincə, bu, siyasi iradə tələb edən bir məsələdir:

“Rusiyaya qarşı kompensasiya tələbi irəli sürmək olar. Sadəcə, bunun üçün siyasi iradə, bir də hakimiyyətin cəsarətlilik sərgiləməsi lazımdır. Azərbaycan-Rusiya münasibətlərini doğru-dürüst qiymətləndirə biləcək şəxslər, bu münasibətləri düzgün dəyərləndirən təhlillər lazımdır. Əgər bunlar olarsa, o zaman rus-sovet işğalı nəticəsində Azərbaycana dəyən ziyana görə Rusiyadan kompensasiya tələb etmək olar. Lakin təəsüüflər olsun ki, bunu etmək istəyən, edə bilən şəxslər nə hakimiyyətdə, nə də parlamentdə yoxdur. Acınacaqlısı budur ki, bu kimi məsələlərdə Rusiyaya haqq qazandıranlar daha çoxdur, nəinki Azəbaycanın haqqını müdafiə edənlər”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər