Bizi sosial şəbəkələrdən izləyin:
Baltikyanı ölkələr sovet işğalı nəticəsində onlara dəyən ziyana görə, özünü SSRİ-nin varisi elan edən Rusiyaya qarşı kompensasiya tələbi irəli sürməyi qərara alıb.
Maraqlıdır, sovet işğalından hər kəsdən daha çox əziyyət çəkən, daha çox talan və qırğına məruz qalan Azərbaycan necə, Rusiyadan kompensasiya tələb edə bilərmi?
"Görkəmli türkoloq alim, professor, keçmiş təhsil naziri Firudin Cəlilov
Moderator.az - a açıqlamasında deyir ki, indiki şəraitdə bu mümkün görünmür, amma:
Bu suala Sabir bəyin cavabı (Sabir Rüstəmxanlının fikirlərini buradan oxumaq olar--
moderator.az/news/104982.html) daha real durumu əks etdirir.Baltikyanı dövlətləi Sovet imperiyası 1941 - 1945 Dünya müharibəsində işğal etdi, onlara dəyən ziyanı hesablamaq asandır, Azərbaycan isə bu işğala 200 il öncə məruz qalıb, bunu hesablamaq üçün Sabir bəyin dediyi kimi bir institut işləməlidir. Həm də indiki şəraitdə, hökumətin Avropadan üz döndəriib Pusiyaya sığınması üçün 5 - ci kalonun at oynatdığı bir vaxtda bu mümkün deyil. Amma milli QHT - lərdən bir neçəsi birlikdə belə bir sənədin ilkin ümumi variantını hazırlayıb məsələni gündəmə gətirə bilər. Sovetlərin Azərbaycana vurduğu maddi ziyanla yağmaladığı sahələrlə yanaşı, zaman - zaman gerçəkləşdirdiyi deportasiyaları, güllələdiyi yaradıcı ziyalıları gündəmə gətirmək lazımdır. Ən azından bu tarix üçün önəmlidir".