“PKK-nı ruslar qızışdırır”.
Bunu Moderator.az-a
açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloqun sözlərinə görə,
Rusiya onun Suriya ilə bağlı siyasətinə etiraz edən, bu siyasətə zidd mövqe tutan
Türkiyə daxilində qeyri-stabillik yaratmaqda maraqlıdır:
“Təbii ki, Türkiyənin Suriya
ilə bağlı siyasəti Kremlin xoşuna gəlmir. Rusiya Əsəd rejimini müdafiə etdiyi
halda, Türkiyə bu rejimin devrilməsinə çalışır. Odur ki, Rusiya hər zaman dəstək
verdiyi PKK-nı Türkiyə ilə toqquşmalara sövq etməyə çalışır. O, bununla Türkiyənin
başını daxili problemlərlə qatmağa cəhd edir. Bu baxımdan Rusiyanın Türkiyə-PKK
qarşıdurmasını qabartmağa maraq göstərdiyi şübhəsizdir”.
Seymur Əliyev