Xanım Aydın: “Gündə bir hekayə yazan yazıçı deyiləm”
Müsahibə
Oxunub: 2633
08 Apr 2021 | 13:35
Xanım Aydın: “Gündə bir hekayə yazan yazıçı deyiləm”
Tərcüməçi, yazar, şairə, bir çox serialların ssenaristi Xanım Aydın Moderator.az-ın suallarını cavablandırdı. 
 
– Xanım Aydın, yazıçılıq, tərcüməçilik, ssenaristlik, yoxsa?..
 
– Yazıçılıq... Mən yazıçılığımı hamısından üstün tuturam. Və özümü prozada tam, bütöv hiss edirəm. 
– Amma gec-gec yazırsız. Nədən irəli gəlir bu? Hadisəmi azdır, vaxtmı yoxdur, yoxsa nəsə başqa bir səbəb var?
 
– Hadisə, əlbəttə ki, çoxdur. Amma düşünürəm, hər gördüyümüz hadisəni hekayəyə çevirib gündə birini yazmağa ehtiyac yoxdur.  Herman Hesse deyirdi ki, hətta mətbəxdə yanmış xörəkdən də yaxşı bir əsər yazmaq olar. Yəni əsas məsələ predmet deyil, onu necə yazmaqdır. Konveyer sistemiylə gündə bir hekayə yazan yazıçı deyiləm. Mən bir hekayəni üzə çıxartmaqdan ötrü yazdıqdan sonra xeyli vaxt “dəmə” qoyuram, təkrar oxuyub redaktə edirəm. Özüm razı qalsam, hər hansı bir mətbu orqana çap üçün təqdim edirəm. 
 
– Sizin “Sərçə” povestiniz çox bəyənilmişdi. Hətta haqqında filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva da təhlil yazmışdı. Bu hekayəniz, deyəsən, avtobioqrafikdir.
 
–  “Sərçə”m, ümumiyyətlə, ən çox sevdiyim və nəyinki hər cümləsinin, hətta hər sözününün üstündə titrədiyim, son dərəcə həssaslıqla yazdığım və yanaşdığım hekayəmdir. Onun üzərində bir il yarım işləmişəm. Və nəticə də ürəyimcə olub. Günay xanım “Azərbaycan” jurnalında povestimi oxuyub, bəyənib, haqqında təhlil yazmışdı. Açığı, mənim üçün böyük bir sürpriz olmuşdu. Yazıçı üçün ən böyük dəyər onun yazdığına, yaratdığına verilən dəyərdi, qiymətdi. İndiki – daha çox (bütün hallarda yox!) qərəzli tənqid və sifarişli təhlil (tərifləmə) yazılan dövrdə çox dəyərli bir ədəbiyyatçının məni tanımadan, bilmədən, sırf yaradıcılığıma dəyər verməsi mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Və Günay xanım “Sərçə”ni son dərəcə iti  və həssas baxışla gözdən keçirmişdi. Bundan ötrü ona xüsusi təşəkkür edirəm. 
 
– Bəs digər hekayələriniz?.. Və roman yazmaq haqqında da düşünürsünüzmü?
 
– Digər hekəylərim də uzun müddətə ərsəyə gəlir. Necə deyərlər, şeir bir anın ürək qışqırığıdır. Amma proza başqadır. Proza yazıçılıq istedadıyla yanaşı, qatlanmaqdır, səbrdir, təmkindir, böyük hövsələdir. Onun  üçün xüsusi zaman ayırmalısan. Proza qətiyyən tələskənliyi sevmir. Adamı özünə bağlayır. Daha doğrusu qandallayır.  Mətn tam bitib ortalığa çıxmayana qədər yazıçını narahat edir, həyəcanda saxlayır. Sanki proza özünə daha çox diqqət tələb edir, daha çox əzizlənmək istəyir. İstəyir ki, onun nazını çəkəsən. Abzas-abzas, cümlə-cümlə, söz-söz üzərində işləyəsən, düşünəsən. Zənnimcə, poeziya sevgidən doğulsa da, proza sevginin özüdür.  O ki qaldı roman yazmağa... Romanım demək olar ki, bütün süjeti və detalları artıq fikrimdə hazırdır. Yəni skeleti tam qurulub. Çox güman ki, yaxın zamanda artıq onunla bağlı işə başlayacam. Doğru zaman və doğru əhvalda özümü tapan kimi ilk cümləsini yazacam, inşaallah. 
– Prozadan danışdıq. Amma poeziya qaldı. Axı siz həm də şairsiz.  Şeirləriniz də sevilir. Dövri mətbuatda mütəmadi çap olunur.  Və hətta sözlərinizə mahnılar da bəstələnib.  
 
– Mən yaradıcılığa şeirlə başlamışam.  Artıq bir müddət sonra özümü prozada tapdım və başa düşdüm ki, nə qədər ağır və çətin də olsa da belə, mənim yerim nəsrdir. Mən burda özümü daha yaxşı, daha dolğun ifadə edə bilirəm. Düşüncə təzahürünün sərhədsizliyi və sərbəstliyi, imkanların genişliyi mənə manevr etmək üçün daha çox şərait yaradır. Şeirdən fərqli olaraq nəsr insanın batinində olanı üzə çıxarmağa daha çox fəza verir. O ki qaldı şeirlərimə... Onlar da mənim ruhumun, canımın bir parçasıdır. Və mən onları daha emosional, əhval-ruhiyyəmin elə bir möcüzəvi anında yazıram ki, düşünürəm həmin anlar mənim ən doğma, ən “özüm” olan anlarımdı. Bir də həmin anın eynisini sonradan yaşamıram. Nəsrlə məşğul olsam da, yeni bir şeir kitabımın da çıxacağı istisna deyil.  Şeirlərimə  Gövhər Həsənzadə və Faiq Sücəddinov kimi gözəl bəstəkarlar mahnı bəstələyiblər. Bunu da özüm üçün böyük uğur hesab edirəm. Çox qəribə bir hiss idi ilk dəfə yazdığım şeiri bir bəstənin melodiyası altında dinləmək. Mən bilirdim ki, bunu mən yazmışam, hansı hissimi, hansı duyğumu sözə çevirmişəm. Milyonlarla dinləyici isə televiziya, radio vasitəsilə dinləyir, bunu özününküləşdirir, yəni onun sözləri, musiqisi üzərində öz hislərini canlandırır və öz ruhlarına uyğun yaşayırlar. Doğrudan da, qeyri-adi bir hissdir. Mən buna uyğun hissi bir də yazdığım ssenarinin efirdə canlı versiyasını görəndə keçirirəm. 
 
– Elə yeri gəlmişkən, AzTV-nin “Əslində biz” layihəsinin ssenari müəllifisiz. Bu haqda da bir az danışın.
 
– AzTV-də yayımlanan, müxtəlif bölgələrdə bir zamanlar çox aktual olan, müəyyən səbəblərdən yavaş-yavaş dəbdən düşən, sanki gizliliyə çəkilən qədim milli adət-ənənlərimizi xalqımızın yaddaşında təzələmək, unutdurmamaq məqsədi daşıyan “Əslində biz” layihəsinin ssenarisini yazıçı İlqar Fəhmiylə birlikdə yazırıq. Yəni müəyyən bölümlərini o yazır, müəyyən bölümlərini mən. Deyərdim ki, bu işdən böyük bir zövq alıram. Azərbaycan xalqının adətləri, milli koloriti, milli ruhu əksini tapır bu kiçik çarxlarda.  Və yazdıqca istər-istəməz nə qədər yeni adətlər, ənənələr öyrənirəm. 
 
– Söhbət ssenaridən düşmüşkən, mən yenidən “Sərçə” povestinə qayıtmaq istəyirəm. Bu hekayədə Daun sindromlu bir uşaq və onun ailəsindən, daha doğrusu, ailəsinin çəkidiyi əziyyətlərdən bəhs edirsən. Burada ana obrazı xüsusulə qabarıq şəkildə özünü büruzə verir. Bayaq da qeyd etdiyimiz ki, hekayə avtobiqrafik olduğundan bu, özünüzün keçdiyiniz yol olduğu məlumdur. Bəs  bu hekayə əsasında bir film ssenarisi işləməyi heç düşünürsüz? Yəni, məncə, istənilən ssenaristdən siz bunu daha yaxşı qələmə ala bilərsiz. Çünki bunun bütün əziyyətlərini özünüz görmüsüz,  yaşamısız, hiss etmisiz. Bəs heç o hekayə əsasında bir film ssenari yazmaq düşünmürsünüz ki?
 
– Əslində, bu mövzuda iki hekayəm var. Və hər ikisi də film üçün hazır materialdır. Mən film üçün ssenari yazmağa hazıram və bu ən böyük arzularımdan biridir. Bunu ərsəyə gətirmək istəyən rejissor olsa, mən canla-başla ssenarini yazaram. Və düzünü  desəm, belə bir rejissorun ortalığa çıxacağına çox ümidliyəm. Bu, nəyinki mənə, eyni zamanda bu sindromdan əziyyət çəkən insanlar, onların valideynlərinə böyük bir töhfə  olardı. Bundan başqa, bu problemlə üzləşən gənc valideynlər var. Nə edəcəklərini bilmirlər, xaotik vəziyyətdədirlər. Bu film həm də onlar üçün bir bələdçi də ola bilər. Həqiqətən də, çox ağır bir yolu kor-koranə, bilmədən, görmədən dolama-dolama, uzun yolla getməkdənsə, kəsə, daha praktik, özlərinə və övladlarına maksimum xeyirlə keçməkdən ötrü bu film bir mayak, bir işıq da ola bilər. Mən bu filmin ərsəyə gəlməyini çox istəyirəm. Və fikrim həm də cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət formalaşdırmaq, bunun bir xəstəlik yox, sadəcə bir sindrom olduğunu aşılamaq, belə deyək də, müəyyən qədər  maarifləndirməkdir.
 
– Bütün bu işlərlə yanaşı, tərcüməyə də vaxt tapırsız. Bugünlərdə də tərcümənizdə yeni bir kitab işıq üzü gördü. 
 
– Bəli, tərcümə etdiyim artıq 10-ci kitabdır ki, çapdan çıxır. Bu, alman yazıçısı Herman Hessenin “Uşağın qəlbi” əsəridir. Qeyd edim ki, bundan bir müddət öncə həmin yazıçının ədəbiyyatla bağlı 20 essesindən ibarət “Kitabın sehri” kitabı da mənim tərcüməmdə işıq üzü görmüşdü. Tərcümə işini də bir ayrıca sevirəm. Bu mənə dinclik verir. Və həm də sanki özümü kimlərəsə kömək etmiş kimi hiss edirəm. Yəni dil bilmədiyinə görə həmin kitabları oxumaqdan məhrum qalan insanları bu problemdən qurtara bilirəm. Bu da məni xoşbəxt edir. Mütaliənin vacibliyini və insana  nə qədər böyük zövq və həzz verdiyini bilən adam kimi kiməsə bu sevinci bəxş edə bilməyin, elə doğrudan da, xoşbəxtlik olduğunu daha çox hiss edirəm. İndiyə kimi bir çox kitablar, məqalələr, hekayə və şeirləri dilimizə çevirmişəm. Amma ən mürəkkəbi və ən çox zəhmət tələb edəni, düşünürəm ki, Efron Ariadnanın “Mənim anam – Marina Svetayeva” kitabı olub. Kitab adından da göründüyü kimi gümüş dövr rus ədəbiyyatının ən parlaq simalarından biri Marina Svetayevanın qızının anası haqda olan xatirələridir. Olduqca maraqlı və əhəmiyyətli bir kitabdır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, tərcümə işi  çox incə bir işdir. Tərcüməçi həm öz ana dilini mükəmməl bilməldir. Həm də tərcümə etdiyi dili. Üstəlik də təkcə dilini yox, həm də həmin xalqın adət-ənənələrinə, onların psixologiyasına, yaşam və düşüncə tərzinə də müəyyən qədər bələd olmalıdır. Çünki sadəcə sözləri tərcümə etmək hələ mətn tərcümə etmək demək deyil. 
 
– Özünüzə nə arzu edərdiz?
 
– Könül rahatlığı...
 
Xəyalə Rəis
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:34, Bu gün
"Gülyaz və Gülyanaq Məmmədovalar hər dəfə atamdan icazə istəyib, mahnılarını oxuyublar"
00:01, Bu gün
Bu da Ədalət Şükürovun mediadan gizlətdiyi gözəl xanımı - FOTO
18 Apr 2021 | 23:39
Meşə yanğınlarına pilotsuz uçuş aparatları ilə nəzarət ediləcək
18 Apr 2021 | 23:34
Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO
18 Apr 2021 | 23:15
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq əzabı...
18 Apr 2021 | 23:15
Rusiya 20 çex diplomatı ölkədən qovdu
18 Apr 2021 | 22:56
Bu da Lalə Azərtaşın özündən gözəl qızları - FOTOLAR
18 Apr 2021 | 22:39
Navalnı həbsxanada ölərsə… - ABŞ Rusiya rəhbərliyini xəbərdar etdi
18 Apr 2021 | 22:20
Ukrayna adekvat cavab verdi - Nazir müavini ölkəsindən qovulan rus diplomatın adını açıqladı
18 Apr 2021 | 22:18
İlon Mask necə böyüyüb? - 10 addımla İlon Mask olmaq
18 Apr 2021 | 22:17
Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO
18 Apr 2021 | 22:06
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovun atası vəfat edib
18 Apr 2021 | 21:11
Ermənilərin ümidi qalmayıb, Qarabağı tərk edirlər - Xankəndidən son xəbər
18 Apr 2021 | 21:08
Türkiyədə koronavirusla bağlı son STATİSTİKA
18 Apr 2021 | 21:05
Çexiyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18 Apr 2021 | 20:34
Həmid Kərzai: "Taliban" ABŞ-da 11 sentyabr terror aktında iştirak etməyib
18 Apr 2021 | 20:07
8 saat ermənilərlə döyüşən şəhid komandirin - doğum günüdür
18 Apr 2021 | 19:54
Fransada təyyarə qəzası olub, dörd nəfər ölüb
18 Apr 2021 | 19:50
Peskov Putinin Sibir sevgisindən danışıb
18 Apr 2021 | 19:33
Misirdə qatar qəzası, 100-dən çox sərnişin yaralandı
18 Apr 2021 | 19:04
İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
18 Apr 2021 | 19:00
“Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan
18 Apr 2021 | 18:54
"İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir"
18 Apr 2021 | 18:51
Qazaxda minik maşını aşdı - xəsarət alanlar var  
18 Apr 2021 | 18:38
"Fənərbaxça"nın qapıçısı əməliyyat olundu
18 Apr 2021 | 18:20
Sevinc Osmanqızı ermənilərin müdafiəsinə qalxdı: "Qənimətlər Parkı təhqirdir, düşməni aşağılamaq nəyə gərəkdir?" — VİDEO
18 Apr 2021 | 18:00
Lənkəranda bacı bacını bıçaqladı
18 Apr 2021 | 17:44
Bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO
18 Apr 2021 | 17:42
Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
18 Apr 2021 | 17:07
STEAM müəllimi: “Elə işləməliyik ki, tam əyani tədrisə minimum problemlərlə keçək”
18 Apr 2021 | 17:02
"Yəqin ki, O məni sevir, çünki..."
18 Apr 2021 | 16:57
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb - FOTO
18 Apr 2021 | 16:38
Gələn həftə "Sözbaz" efirə gedəndə görəcəklər
18 Apr 2021 | 16:22
Roza Zərgərli boşanıb: “İndi barışmaq istəyir, amma...”
18 Apr 2021 | 16:17
Pensiya yaşı nə zaman azaldılacaq? - Açıqlama
18 Apr 2021 | 15:39
Türkiyədə əfsanəvi komandir Şirin Mirzəyevin adının əbədiləşdirilməsi haqda qərar verildi...
18 Apr 2021 | 15:38
Başı bəlalı Başlıbel - VİDEO
18 Apr 2021 | 15:31
Ermənilərin Güllücədə törətdiyi faciədən 27 il ötür
18 Apr 2021 | 15:30
Suriyada prezident seçkilərinin vaxtı məlum oldu
18 Apr 2021 | 14:44
Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi
18 Apr 2021 | 14:33
FTX Belarusda planlaşdırılan çevrilişin təfərrüatlarını açıqlayıb - FOTO
18 Apr 2021 | 14:25
Vüqar Əhmədin satirik yaradıcılığı...
18 Apr 2021 | 13:59
Ermənistanda koronavirusdan ölüm sayı 3878-ə çatdı
18 Apr 2021 | 13:47
Xalq artisti Eldar Quliyev dəfn olunub
18 Apr 2021 | 13:44
Günay İbrahimli: "Qohumlarım məndən üz döndərdi"
18 Apr 2021 | 13:40
Qubada üç gün əvvəl ölən şəxsin evi tamamilə yanıb, ailə evsiz qalıb - FOTO
18 Apr 2021 | 13:37
İsrail PUA texnologiyamızı kopyalayır - Rusiya
18 Apr 2021 | 13:13
Ağdam rayonunun Saybalı kəndi - VİDEO
18 Apr 2021 | 13:07
Nüvə obyektində partlayış - İsrail casusu Reza Qədimi İranı necə tərk edib?
18 Apr 2021 | 12:52
Bəs ABŞ-ın ikinci şəxsini kim və niyə öldürmək istəyirdi... - Sui-qəsdə hazırlaşan tibb bacısı tutuldu
18 Apr 2021 | 12:50
Hüquqşünas: “Polislər kafedə karantini pozanları narahat etməməlidir” - VİDEO
18 Apr 2021 | 12:40
İranda güclü zəlzələ baş verdi
18 Apr 2021 | 12:35
Təzə Pir məscidində Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilir - FOTO
18 Apr 2021 | 12:32
Köçəryan Paşinyanı təhqir etdi: “O, hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür”
18 Apr 2021 | 12:06
Azərbaycanlı alimin tədqiqatı  Avstraliyanın nüfuzlu jurnalında dərc edilib
18 Apr 2021 | 12:03
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrə yağış yağacaq
18 Apr 2021 | 12:02
Əfqanıstanda məscidə silahlı hücum olub, səkkiz nəfər ölüb
18 Apr 2021 | 11:59
Yaponiyada zəlzələ olub
18 Apr 2021 | 11:48
Marsda helikopterin ilk sınaq uçuşu keçiriləcək
18 Apr 2021 | 11:45
Fidan Süleymanovanı öldürməyə cəhd edən sevgilisinin işi - Məhkəmədə
18 Apr 2021 | 11:41
Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır - Prokurorluq
18 Apr 2021 | 11:23
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
18 Apr 2021 | 11:22
Hadisə və Ebru Gündəş arasında Rza Zərrab qovğası - "ABŞ-a gizli gedib" iddiası
18 Apr 2021 | 10:55
Azərbaycan XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Apr 2021 | 10:33
Rusiya və Ukrayna arasındakı gərginlik Türkiyəyə necə təsir edəcək? - Video
18 Apr 2021 | 10:33
Beynəlxalq Kosmik Stansiyanın kosmonavtları Yerə qayıtdı - VİDEO
18 Apr 2021 | 10:30
Qubadlı rayonunun Tarovlu kəndindən görüntülər - VİDEO
18 Apr 2021 | 10:11
Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib
18 Apr 2021 | 10:01
Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR
18 Apr 2021 | 10:00
AMİP-in Siyasi Şurasının üzvü koronavirusdan dünyasını dəyişib
18 Apr 2021 | 09:52
Böyük Britaniya Ukraynaya dəstək üçün Qara dənizə hərbi gəmilər göndərir
18 Apr 2021 | 09:45
Bakıdan dönən kimi Putin mənə zəng etdi - Lukaşenko
18 Apr 2021 | 09:43
Koronavirusla bağlı SON STATİSTİKA
18 Apr 2021 | 09:25
Samuxda reyd keçirilib, 15 sürücü cərimələnib - FOTO
18 Apr 2021 | 09:23
İntihar hallarından bəhs edən sənədli film hazırlandı - VİDEO
18 Apr 2021 | 08:55
Rusiya FTX-si Ukrayna konsulunun saxlanılmasını əks etdirən görüntüləri yaydı - VİDEO
18 Apr 2021 | 08:53
6 erməni hərbçisini vuran sürücü həbs olundu
18 Apr 2021 | 08:49
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışanlar Laçın dəhlizini unutmamalıdırlar...
18 Apr 2021 | 08:48
Lukaşenkonu və uşaqlarını öldürmək planı restoranda, “müxalif generallarla” müzakirə edilib - FOTO/VİDEO
18 Apr 2021 | 08:43
Videosu ilə şantaj edilən 15 yaşlı qız doqquz nəfər tərəfindən zorlandı
18 Apr 2021 | 08:37
Nikola şok: məzara gül qoymasına icazə verilmədi - VİDEO
18 Apr 2021 | 01:31
"O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı" - FOTO
18 Apr 2021 | 00:39
Həkim:  “Aleksey Navalnı hər an ölə bilər”
18 Apr 2021 | 00:29
“Vaxt yazdırıb gəlməyənlər də olur, bu heç yaxşı hərəkət deyil”- kişi bərbəri olan Həcər - FOTOLAR
18 Apr 2021 | 00:06
“Keşlə”-“Sabah” matçı qolsuz bitdi, “Neftçi” “Zirə”ni darmadağın etdi - VİDEO
17 Apr 2021 | 23:59
Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib
17 Apr 2021 | 23:56
"Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlaması
17 Apr 2021 | 23:36
Rusiya Praqanı hədələdi
17 Apr 2021 | 23:32
Bağırsaqların sağlamlığı üçün bunları edin - 12 ADDIM
17 Apr 2021 | 23:21
Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar
17 Apr 2021 | 22:32
Ramazan ayının beşinci gününün imsak, iftar və namaz vaxtları - FOTO
17 Apr 2021 | 22:30
Gəncədə orta məktəb müəllimi koronavirusdan vəfat etdi
17 Apr 2021 | 22:29
Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması
17 Apr 2021 | 22:00
Dünyanın ən yaxşısı, köklərdən göylərə... - Bayraqdar
17 Apr 2021 | 21:41
Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli?
17 Apr 2021 | 21:35
İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI
17 Apr 2021 | 21:28
Lukaşenkonun övladlarına sui-qəsd hazırlayan qrup yaxalandı
17 Apr 2021 | 21:02
Mikael Minasyan: "Paşinyanın komandası Azərbaycanla dostluq və əməkdaşlıq müqaviləsi hazırlayır"
17 Apr 2021 | 20:59
Qəbələdə 23 yaşlı qız intihara cəhd edib - FOTO
17 Apr 2021 | 20:54
Qənirə Paşayeva Reyhan Camalova ilə görüşüb
GÜNLÜK
18 Apr 2021 | 10:01
Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR
18 Apr 2021 | 01:31
"O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı" - FOTO
18 Apr 2021 | 08:49
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışanlar Laçın dəhlizini unutmamalıdırlar...
18 Apr 2021 | 09:52
Böyük Britaniya Ukraynaya dəstək üçün Qara dənizə hərbi gəmilər göndərir
18 Apr 2021 | 12:32
Köçəryan Paşinyanı təhqir etdi: “O, hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür”
18 Apr 2021 | 15:38
Başı bəlalı Başlıbel - VİDEO
18 Apr 2021 | 17:02
"Yəqin ki, O məni sevir, çünki..."
18 Apr 2021 | 21:11
Ermənilərin ümidi qalmayıb, Qarabağı tərk edirlər - Xankəndidən son xəbər
18 Apr 2021 | 18:20
Sevinc Osmanqızı ermənilərin müdafiəsinə qalxdı: "Qənimətlər Parkı təhqirdir, düşməni aşağılamaq nəyə gərəkdir?" — VİDEO
18 Apr 2021 | 15:39
Türkiyədə əfsanəvi komandir Şirin Mirzəyevin adının əbədiləşdirilməsi haqda qərar verildi...
HƏFTƏLİK
13 Apr 2021 | 15:18
Beynəlxalq konfransda İlham Əliyevdən Hikmət Hacıyevə zarafat: "Bu nə sovet üslubudur..?"
16 Apr 2021 | 11:02
“Şahbaz iki dəfə məni başımdan vurub dedi ki, günahını boynuna al...”
12 Apr 2021 | 13:05
Həsən Həsənov necə öldürülüb? - Şahbazla Dilqəm ziddiyyətli fikirlər səsləndirir...
12 Apr 2021 | 16:10
Bayden Putini hədələdi: “Əgər Rusiya düşüncəsiz və ya aqressiv hərəkət etsə...”
13 Apr 2021 | 00:36
"Mənzurə xanım bilir “bütün duet ortaqları eşq yaşayır” atmacasını" kimin ünvanına göndərir"
14 Apr 2021 | 17:43
“İrəvanın mərkəzi ilə gedən tramvayda ermənicə danışıq eşidəndə təəccüblənirdik…”
15 Apr 2021 | 14:11
“Biz Qarabağa heç vaxt dönməyəcəyik – Ermənistanı da tərk etmək istəyirik...” 
16 Apr 2021 | 15:28
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi - Tanımadığımız Eldar Quliyev
14 Apr 2021 | 15:01
Öləcəyini bilə-bilə vertolyota minən Milli qəhrəman - Türkiyə prezidenti ondan nə xahiş etmişdi?
12 Apr 2021 | 02:08
"Kreml Türkiyəyə vasitəçilik təklif edəcək, çünki Rusiya başqa bir ölkənin səmimiliyinə inanmır"
AYLIQ
18 Apr 2021 | 10:01
Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR
18 Apr 2021 | 01:31
"O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı" - FOTO
18 Apr 2021 | 08:49
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışanlar Laçın dəhlizini unutmamalıdırlar...
18 Apr 2021 | 09:52
Böyük Britaniya Ukraynaya dəstək üçün Qara dənizə hərbi gəmilər göndərir
18 Apr 2021 | 12:32
Köçəryan Paşinyanı təhqir etdi: “O, hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür”
18 Apr 2021 | 15:38
Başı bəlalı Başlıbel - VİDEO
18 Apr 2021 | 17:02
"Yəqin ki, O məni sevir, çünki..."
18 Apr 2021 | 21:11
Ermənilərin ümidi qalmayıb, Qarabağı tərk edirlər - Xankəndidən son xəbər
18 Apr 2021 | 18:20
Sevinc Osmanqızı ermənilərin müdafiəsinə qalxdı: "Qənimətlər Parkı təhqirdir, düşməni aşağılamaq nəyə gərəkdir?" — VİDEO
18 Apr 2021 | 15:39
Türkiyədə əfsanəvi komandir Şirin Mirzəyevin adının əbədiləşdirilməsi haqda qərar verildi...