“Əsrin müqaviləsi" o vaxtkı mediada: Elçibəy nə istəyib, İsa Qəmbər niyə İranı təklif edib..?
Maraqlı
Oxunub: 3648
20 Sep 2021 | 09:34
“Əsrin müqaviləsi

“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir.

Bununla bağlı BBC News-un mətbuat arxivlərindən həmin dövrdə müqavilə barədə gedən yazılardan hazırladığı fraqmentlərdə maraqlı məqamlar var.

Yazını oxucularına təqdim edirik.

Aşağıdaki nümunələr bu dövrdə “Əsrin müqaviləsi” ilə əlaqəli hadisələrin yalnız kiçik bir parçasını əks etdrir. Lakin onlar həmçinin bu müqavilənin reallaşmasında böyük rolu olan hadisələri və şəxslərin fəaliyyətini izah edirlər.

Turan agentliyi – 5 noyabr 1992

 

Ali Sovetin sədri İsa Qəmbər ABŞ-ın AMOCO neft şirkətinin nümayəndəsi Robert Blanton-la görüşüb. Cənab Blanton, neft yataqlarında Azərbaycanla birgə işlər barədə danışıb və layihənin reallaşacağı halda Azərbaycanın gəlirlərin 74 faizini alacağını deyib.

Öz növbəsində İsa Qəmbər ABŞ Konqresinin Azərbaycana maddi yardım verməmək qərarının iqtisadi əməkdaşlığa zərər vura biləcəyini deyib. Robert Blanton jurnalistlərə cavabında deyib ki, “Biz siyasətə fikir verməməyə çalışırıq və sizə söz verirəm ki, AMOCO ilə əməkdaşlıq Azərbaycana firavanlıq gətirəcək.”

İnterfaks agentliyi: 9 dekabr 1992

İnterfaksa müsahibəsində, prezident Əbülfəz Elçibəy neft hasilatında müstəqillikdən sonra müşahidə olunan azalmanın dayandırıldığını və ölkədəki iqtisadi vəziyyətin növbəti 4 ay ərzində sabitləşəcəyinə inandığını deyib.

O əlavə edib ki, növbəti 5 ildə neft hasilatı 23 milyon tona qədər, 2003-cü ilədək isə 40 milyon tona çata bilmək imkanı var. O əlavə edib ki, AMOCO və BP-nin Xəzərdəki neft-qazma işlərinin potensialı o qədər böyükdür ki, Azərbaycan gələcəkdə neft hasilatını endirməli ola bilər.

İTAR-TASS – 22 dekabr 1992

 

Azərbaycanın Baş nazirinin birinci müavini Vahid Əhmədov Rusiyanın Baş naziri Viktor Çernomırdinlə görüşüb. Cənab Çernomırdin Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqlərin genişləndirilməsini dəstəklədiyini bildirib. Cənab Əhmədov deyib ki, “Görüşdə iki ölkə arəasında iqtisadi və ticari əməkdaşlıqla bağlı bir çox məsələ müzakirə olundu”.

Onun sözlərinə görə, cənab Çernomırdin deyib ki, “neft və qaz hasilatı sənayesi inkişaf etmiş keçmiş Sovet ölkələri bu sahədə fəaliyyətlərini dövlət başçıları səviyyəsində qura bilərlər”.

Danışıqlar nəticəsində Rusiya Azərbaycana xam neft ixracını artıracağını vəd edib.

İnterfaks agentliyi – 24 dekabr 1992

 

Ali Soveting sədri İsa Qəmbər, ABŞ senatının Azərbaycana humanitar yardımın 1993-cü ildə kəsməklə bağlı qərarının ABŞ şirkətlərinin Xəzərdəki neft yataqlarından hasilat layihələrində iştirakına mənfi təsir göstərə biləcəyini bildirib.

İnterfaks agentliyi – 11 aprel 1993

 

British Petroleum Exploration-ın prezidenti John Brown prezident Əbülfəz Elçibəyə mesaj göndərərək, Qarabağ müharibəsi nəticəsində öldürülən dinc əhali və artan qaçqınların sayı barədə narahatlığını bildirib.

O, BP-nin Azərbaycan hökumətinə humanitar yardım, qida və dərman çatdırmağa hazır olduğunu deyib. O, tezliklə Bakıya gələcəyini bildirib. Bundan bir ay əvvəl Norveçin Statoil şirkəti, BP və ARDNŞ Çıraq neft yatağına dair razılığa gəlmişdi.

Turan agentliyi – 13 may 1993

 

Ali Sovetin sədri İsa Qəmbər mətbuat konfransında Azərbaycanın bir çox ABŞ şirkəti ilə iqtisadi əlaqələr qurmaq niyyətində olduğunu deyib. O, Qarabağ münaqişəsi barədə danışaraq, bir çox ölkənin münaqişəyə yanaşmasını, xüsusilə də İranda hakim dairələrin fəaliyyətini tənqid etməyin düzgün olmadığını bildirib.

İsa Qəmbər Azərbaycandan Türkiyəyə neft borusunun inşa olunacağını deyib və bu borunun İrandan keçməsinə üstünlük verildiyini qeyd edib. Onun sözlərinə görə, buna səbəb İran, Türkiyə və Azərbaycan arasında əlaqələri möhkəmləndirməkdir.

Turan agentliyi – 1 iyun 1993

 

Britaniyaya səfərindən sonra Baş nazir Pənah Hüseynov deyib ki, İrandan sonra Azərbaycanın ikinci ən böyük iqtisadi tərəfdaşı Britaniyadır. O, Britaniyanın tezliklə Azərbaycanın ən böyük ticari tərəfdaşına çevrilmək potensialı olduğunu deyib.

Turan agentliyi – 22 iyun 1993

 

Neft şirkətinin prezidenti Sabit Bağırov Azəri, Çıraq, Günəşli neft yataqlarının işlənməsində Qərb şirkətlərilə əməkdaşlıq üzrə ilkin razılıq əldə edildiyini bildirib.

Hasilatın pay bölgüsü sazişində şirkətlərin payının belə bölüşdürüləcəyi qeyd olunub:

  • Azərbaycan Dövlət Neft Şirkəti – 30%
  • BP və Statoil – 36.7%
  • AMOCO – 24.3%
  • Pennsoil-Ramco – 17%
  • Unocal – 16%
  • McDermott – 3.5%
  • Türkiyə Petroleum Corporation – 2.5%

 Turan agentliyi – 28 iyun 1993

Neft şirkətinin prezidenti Sabit Bağırovun Londona növbəti səfəri təxirə salınıb və onun vəzifəsindən istefasının Ali Sovet tərəfindən tezliklə təsdiqlənməsi gözlənilir. O, Londona Azəri-Çıraq-Günəşli yataqları üzrə Qərb şirkətlərilə razılığa dair bir müqavilənin variantlarının müzakirəsi üçün getməli idi.

Lakin Heydər Əliyevin hökuməti müqavilə üzrə müzakirələri təxirə salıb. TURAN agentliyinə müsahibəsində Sabit Bağırov Azərbaycan hakimiyyəti ilə Qərb ölkələri arasında əlaqələrdə böyük dəyişiklər gözləmədiyini deyib. O, hökumət tərəfindən atılan addımların müvəqqəti olmasına ümid bəslədiyini deyib.

Turan agentliyi – 30 iyun 1993

 

Ali Sovetin birgə mətbuat konfransında Baş nazir Sürət Hüseynovla icraçı prezident Heydər Əliyev iştirak ediblər. Xəzərdəki neft yataqları üzrə Qərb şirkətləri ilə razılığa dəyişiklər barədə suallara cavabında Heydər Əliyev deyib: “Mən ortaqlarımızın narahatlığını anlayıram, lakin məncə onların narahatlıqları əsassızdır. Biz, sadəcə bəzi məsələləri yoxlamaq istəyirik. Düşünürəm ki, bu razılıqlarda nəsə səhv ola bilər.”

Anadolu Ajansı – 21 iyul 1993

 

Türkiyə prezidenti Süleyman Demirel Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevə müraciət göndərib. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Ferhat Ataman müraciətdə nə yazıldığını deməyib.

O, Azərbaycanın AÇG üzrə razılığı ləğv etdiyi barədə şayiələri inkar edib. O, yeni Azərbaycan hökumətinin rəsmilərinin Türkiyənin maraqlarına ziyan vurmayacaqlarına vəd etdiklərini deyib. O qeyd edib ki, Türkiyə Petrolleri şirkətinin xarici ortaqları ilə danışıqlara davam etdiyini vurğulayıb.

İnterfaks agentliyi – 30 iyul 1993

 

Heydər Əliyev Türkiyə ilə danışıqlarda Azərbaycandan Türkiyəyə neft borusu barədə ümumi razılığın əldə edildiyini deyib. O bildirib ki, borunun inşası üçün iki seçim var. Birincisi, İran ərazisindən Naxçıvana və sonda Türkiyəyə. İkincisi, Gürcüstan ərazisindən Türkiyəyə.

 İTAR TASS agentliyi – 9 avqust 1993

Azərbaycan bir daha AÇG üzrə Qərb şirkətləri ilə danışıqlara qayıdır. Şirkətlərin nümayəndələri ilə görüşdən sonra Heydər Əliyev deyir ki, razılığın təxirə salınmasının səbəbi məsələyə daha dərindən baxmaq və müqavilənin Azərbaycana nə xeyir gətirəcəyini müzakirə etmək olub. O əlavə edib ki, “heç kəsin şübhəsi olmamalıdır ki, neft hasilatında xarici şirkətlərin iştirakı olacaq və onların maraqları təmin olunacaq”.

O, ARDNŞ-in əvvəlki idarəçiliyinin AÇG üzrə razılıqda səhvlərə yol verdiyini deyib.

 İTAR TASS2 – noyabr 1993

Azərbaycan tərəfi Azəri-Çıraq-Günəşli yataqları üzrə birgə razılığa dəyişiklər edərək Qərb şirkətlərindən ibarət konsorsiumla yeni razılığa imza atıb.

İTAR-TASS agentliyi, Günəşli yatağının yeni razılıqdan çıxarıldığını, buna səbəbin isə Azərbaycanın bu yatağı Rusiyanın Lukoil şirkəti ilə işləmək istəyi olduğunu deyib. Agentlik yazıb ki, bu iki səbəblə izah olunub: birincisi, Günəşlidə istifadə olunan avadanlıqların və alətlərin əksəriyyətinin Rusiya tərəfindən istehsal olunması və Azərbaycanın bundan Qarabağ münaqişəsində Rusiyanın dəstəyini qazanmaq üçün bir üsul olaraq istifadə etməsi iddiaları.

Agentlik bildirir ki, yeni müqavilədə gəlirlərin 80 faizi Azərbaycana, 20 faizi isə konsorsiuma düşəcək. Əvvəlki razılıqda Azərbaycanın payı 70 faiz olub, agentlik deyir.

AFP agentliyi 19 iyul 1995

 

Keçən həftə Bakıda Rusiyanın yüksək rütbəli millət vəkili Vladimir Şumeyko deyib ki, Moskva “ABŞ-ın Azərbaycanda strateji maraqlarının birbaşa mövcud olmasının əleyhinədir”.

Keçmiş Sovet İttifaqı ilə İran arasında 1921 və 1940-cı illərdə müqavilələr bağlandıqdan bəri Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmayıb.

Federasiya Şurasının spikeri Şumeyko Moskvaya qayıtdıqdan sonra bildirib ki, səfərinin məqsədi neft sektorunda “Rusiyanın strateji maraqlarını müdafiə etmək” olub.

Onun o qədər də gizlətməyə çalışmadığı bu xəbərdarlığı, Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli bir rəsmisinin Interfax agentliyinə dedikləriylə həmahəng səslənib. Həmin rəsmi deyib ki, Moskva “Azərbaycanı və Xəzər dənizi bölgəsindəki bir sıra ölkələri daha real mövqe tutmağa inandırmaq üçün sərt tədbirlər planlaşdırıb”.

“Bu, güc tətbiq etmək məsələsi deyil, plan iqtisadi və digər təsir vasitələrini nəzərdə tutur”, – o deyib.

Milliyet qəzeti – 2 iyul 1993

 

“Türkiyə Elçibəyi qanuni prezident kimi tanımağa davam edə bilər. Bu yanaşma nəticəsində ortaya hansı problemlər çıxa bilər? Əliyevin cavabı onun çətin vəziyyətdə olacağını göstərdi. O dedi: “Mən Elçibəyin Türkiyədə hörmətli olduğunu bilirəm. Lakin Türkiyə Azərbaycan hökumətiylə münasibətlər qurmalıdır. Elçibəy bir fərddir. Azərbaycanın hökuməti və parlamenti var. Türkiyə yeni rəhbərliyi tanımalıdır …”, qəzet həmin vaxt Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra edən və həm də Ali Sovetinin sədri olmuş Heydər Əliyevdən sitat gətirir.

Heydər Əliyev çevrilişin arxasında Rusiyanın durduğu barədə şayiələri qəti şəkildə rədd etdi: “Bu məsələyə dair heç bir məlumatım yoxdur.”

Bu arada Elçibəy bildirib ki, çevriliş “onun administrasiyasının imzaladığı neft müqavilələrinə görə olub”.

Heydər Əliyev deyib: “Bu, doğru deyil. Bir sıra səhvləri düzəltmək üçün neft kəşfiyyatı ilə bağlı razılaşmaları nəzərdən keçirmişik. Səhvləri araşdırmaq cinayətdirmi?”

“Türkiyə yeni müqavilələrə daxil ediləcəkmi? Bakı Türkiyəyə zəmanət verəcəkmi?” – qəzet sual edib.

Əliyev gülümsəyib dedi: “Bəli, Türkiyə daxil ediləcək. Narahat olmamalısınız …”

“…Azərbaycan neftini Aralıq dənizinə Türkiyə üzərindən nəql etmək üçün neft kəmərinin çəkilməsi barədə qərarı qəbul edən Elçibəy olub. Sirr deyil ki, Azərbaycan neftini Qara dənizə nəqlini Rusiya həyata keçirmək istəyir… Bu razılaşma da dayandırıla bilərmi?” – qəzet sual verib.

Əliyev bunları söylədi: “…mən bu məsələ barədə heç nə bilmirəm. Mən bu sazişləri araşdırmamışam. Onları mən imzalamamışam. Türkiyə liderləri hansı müqaviləni imzalayacaqları barədə məlumatları olmasaydı, ona imza atmazdılar. Hər hansı bir dəyişikliyin ediləcəyini düşünmürəm, odur ki, bu məsələ barədə narahat olmaq lazım deyil”.

Biz təkid edərək soruşduq: “Aralıq dənizinə boru kəmərinin çəkilməsi barədə qərar dəyişdirilə bilərmi?” Əliyev güldü və cavab verdi: “Xeyr, dəyişdirilməyəcək”.

Kommersant qəzeti 25 yanvar 1995

 

Qəzet yazır ki, Azərbaycanın “Əsrin Müqaviləsi”ndən İrana 5 faiz pay vermək istəyi ABŞ-ın dərin narahatlığına səbəb olub. Qəzeti iddia edir ki, İranın müqavilədə iştirakının səbəblərindən biri Rusiya kimi müqaviləni əngəlləməkdir.

Qəzeti bu layihənin təkcə iqtisadi yox, həm də böyük geosiyasi əhəmiyyəti olduğunu deyərək, ABŞ və Avropa enerji şirkətlərinin layihənin reallaşmasına lazım olan kapitalı yatırmaqdan çəkindiklərini iddia edib.

Qəzet Rusiyanın Azərbaycana çoğrafi yaxınlığını xatırladaraq, onun Qafqazda öz maraqlarını təqib etməyə qaçılmaz istəyi olduğunu deyib.

“Buna riayət edilməlidir. Çox güman ki, Tehranın “təhqir” olunması Moskvanın diqqətindən qaçmayacaqdır”.

AFP agentliyi 19 iyul 1995

 

Keçən həftə Bakıda Rusiyanın yüksək rütbəli millət vəkili Vladimir Şumeyko deyib ki, Moskva “ABŞ-ın Azərbaycanda strateji maraqlarının birbaşa mövcud olmasının əleyhinədir”.

Keçmiş Sovet İttifaqı ilə İran arasında 1921 və 1940-cı illərdə müqavilələr bağlandıqdan bəri Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmayıb.

Federasiya Şurasının spikeri Şumeyko Moskvaya qayıtdıqdan sonra bildirib ki, səfərinin məqsədi neft sektorunda “Rusiyanın strateji maraqlarını müdafiə etmək” olub.

Onun o qədər də gizlətməyə çalışmadığı bu xəbərdarlığı, Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli bir rəsmisinin Interfax agentliyinə dedikləriylə həmahəng səslənib. Həmin rəsmi deyib ki, Moskva “Azərbaycanı və Xəzər dənizi bölgəsindəki bir sıra ölkələri daha real mövqe tutmağa inandırmaq üçün sərt tədbirlər planlaşdırıb”.

“Bu, güc tətbiq etmək məsələsi deyil, plan iqtisadi və digər təsir vasitələrini nəzərdə tutur”, – o deyib.

Turan agentliyi 23 avqust 1995

 

“Azərbaycanda Amerika biznesi üçün ən əlverişli şərait yaradılır”, – Əliyev ABŞ senatoru Richard Shelby-ə deyib, – Amerika şirkətlərinin “Əsrin Müqaviləsi”ndəki iştirak payı buna dəlalət edir”.

O əlavə edib ki, Azərbaycan ABŞ-ın İranı konsorsiumdan kənarda saxlama istəyini yerinə yetirməklə İranla əlaqələrinə xələl gətirib.

“Bu səbəbdən İranın bizimlə mübahisəsi var”, o deyib.

AFP agentliyi – 10 noyabr 1995

 

Azərbaycan “Qarabağ” neft yatağının işlənməsi üzrə 25 illik yeni müqaviləni Rusiyanın Lukoil, İtaliyanın AGİP və ABŞ-ın Pennzoil şirkətləri ilə imzalayıb.

Azərbaycan prezidenti Heydər Əliyev Lukoil şirkətinin AGİP ilə birgə və öz hesabına, ümumilikdə 32,5 faizlik pay əldə etdiyi yeni müqavilənin “çox böyük siyasi əhəmiyyəti” olduğunu vurğulayıb və “regional meyillərə realist yanaşdığına görə” Moskvaya təşəkkürünü bildirib.

Ancaq o vurğuladığı kimi, son bir ildə iki dəfə onu devirməyə cəhd etmiş “daxili və xarici qüvvələri” qeyd etməyi də unutmayıb.

Müqavilənin imzalanmasında iştirak edən Rusiyanın energetika naziri Yuri Şafrannik Bakının “qonşularına etibar edərək düzgün yolu tutduğunu” alqışlayıb. Sonra o, “keçmiş Sovet İttifaqının hər bir neftçisi Azərbaycanı öz vətəni hesab edir” kimi eyham vurub.

Oxşar xəbərlər
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH