Yazar
Sultan Laçın
Bütün yazılar
kse
7900
29 Apr 2021 | 10:04

“Bay-bay, Bayden, vay-vay, Bayden!..”

Get, işinlə məşğul ol, get yat, uşaqsan hələ, dünyadan xəbərin yoxdur,  vay sənin halına, Qiyamət günü bu yalanlarına, bu saxtakarlıqlarına görə necə cavab verəcəksən?”
 
(3 cümlə ilə bir quş...)
 
Başlıqda qondarma “erməni soyqırımı”nı tanımış ABŞ prezidenti Baydenə ünvanlanmış  “bay-bay” ifadəsinin toplumun əksər hissəsinin anlayacağı üç dildəki üç mənada aşağıdakı kimi yozmaq olar. 
 
Birincisi, ingilis dilində  “əlvida”, yəni səninlə bizimki bitdi, get, işinlə məşğul ol, ikincisi, rus dilində körpəyə lay-lay çalmaq, yəni sən get yat, uşaqsan hələ, dünyadan xəbərin yoxdur, üçüncüsü isə Azərbaycan türkcəsində ortalıqda rəqs edənə münasibətdə bəzən istehza ilə işlənən “bay-bay” mənasında, yəni erməni lobbisi yaxşı səni ortalıqda oynatdı, bay-bay Bayden!
 
“Vay-vay” isə  “vay-vay, Bayden, nə gündəsən, ermənilər səni ən güclü müttəfiqin olan Türkiyə xalqı ilə düşmən etdi, “erməni soyqırımı” kəlməsini işlətməklə nə qazandın, vay sənin halına, Qiyamət günü bu yalanlarına, bu saxtakarlıqlarına görə necə cavab verəcəksən?” mənalarında işlənib...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər