Vaşinqton Ukraynaya yatırılan vəsaitin məbləğini açıqladı...
1708
06 May 2021 | 10:16

Vaşinqton Ukraynaya yatırılan vəsaitin məbləğini açıqladı...

Vaşinqton Kiyevə ABŞ-ın Ukraynaya 2014-cü ildən bu yana 4.6 milyard dollardan çox vəsait ayırdığını xatırladıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət katibi Entoni Blinkenin səfəri üçün hazırlanan açıqlamada deyilir.
 
 Amerika Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin müavini Viktoriya Nulandla Kiyevə səfəri ərəfəsində Vaşinqton Kiyevə Ukraynaya yatırılan vəsaiti xatırlatmağa qərar verib. Ümumilikdə arayışa görə, 2014-cü ildən bəri, ABŞ hərbi yardım daxil olmaqla müxtəlif ehtiyaclar üçün 4.6 milyard dollar ayırıb.
 
Dövlət Departamentinin bu məlumatları niyə yaydığı məlum deyil, amma iki günlük səfər zamanı Amerika nümayəndə heyəti Ukrayna Prezidenti Vladimir Zelenski, Baş nazir Dmitri Şmıqal, Ali Radanın deputatları və Ukrayna Pravoslav Kilsəsinin başçı ilə bir sıra görüşlər keçirəcək.
 
 
 
Link kopyalandı!
Son xəbərlər