Cahangir Məmmədli: “Biz onların qaniçən xislətini bütün dünyaya tanıtmalı və ifşa etməliyik”
“Erməni vandalizminin qarşısını almağın yalnız bir yolu var, o da bundan ibarətdir ki, biz medianın imkanlarından istifadə edərək onları bütün dünyada ifşa etməli, erməni faşizminin necə qaniçən, xain, bədxah xislətə malik olduğunu bəşəiyyətə göstərməliyik”.
Bunu Moderator.az-a açıqlamasında BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, erməni vandalizminin qarşısını almağın yeganə yolu bundan ibarətdir:
“Erməni vandalizmi adi, sıradan bir məsələ deyil. Bu, əsrlər uzunu davam edən bir vəhşilikdir. Hansı ki, 44 günlük Vətən müharibəsində biz bir daha bunun şahidi olduq. Bu vandalizmin qarşısını almağın yeganə yolu isə onu ifa etmək, dünyaya tanıtmaq və Ermənistanın beynəlxalq hüquq müstəvisində cəzalandırılmasına nail olmaqdır. Bu məsələdə medianın üzərinə mühüm iş düşür. Məhz media dünyanın aparıcı dillərində bu istiqamətdə sistemli təbliğat işi aparmalı, erməni vəhşiliyini faktlarla, sübutlarla ortaya qoymalı, bunu bütün dünyaya göstərməlidir. Yalnız bu cür ifşa prosesi erməni vandalizmi qarşısında sipər ola, gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını ala bilər”.
Seymur ƏLİYEV