Tofiq Abbasov: “Cinayətkarın cəzasız qalması yeni-yeni fəlakətlər, bədbəxtliklər deməkdir”
“Əgər beynəlxalq təşkilatlar dünyada yeni cinayətlərin qarşısını almaq istəyirsə, yenidən qan tökülməsini, soyqıırmlarının, qətliamların baş verməsini önləmək istəyirsə, o zaman cinayətkar Ermənistanın hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert bildirib ki, dünyada soyqırım və qətliamlarının önlənməsi baxımından Ermənistanın cəzalandırılması ciddi əhəmiyyətə malikdir:
“Hər kəsə aydındır ki, cinayətkarın cəzasız qalması yeni-yeni fəlakətlər, bədbəxtliklər deməkdir. Doğrudur, şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Emənistan ordusunu darmadağın edərək işğalçını cəzalandırdı, ona tarixi dərs verdi. Ancaq bununla belə Ermənistanın son 30 ildə törətdiyi vəhşiliklərə görə həm də hüquqi müstəvidə cəzalandırılmasına ciddi ehtiyac var və beynəlxalq təşkilatlar bu məsələdə öz üzərlərinə düşən işi görməlidirlər. Ermənistanın beynəlxalq hüquq qarşısında cəzalanması həm ədalətin öz yerini alması, həm də işğal və qətliam niyyətində olan digər güclərin, rejimlərin də bu kimi cinayətlərdən çəkinməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan hüquqi baxımdan cəzalandırılacaq Ermənistan nümunəsi bütün dünya üçün nümunə sayıla bilər. Odur ki, beynəlxalq təşkilatlar bu istiqamətdə əməli addımlar atmalı, Ermənistanın beynəlxalq məhkəmə tərəfindən cəzalanması təmin olunmalıdır”.
Seymur ƏLİYEV