Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Batumidə aksiya keçirir.
Modern.az xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir.
Mitinq oktyabrın 30-na təyin edilmiş yerli seçkilərin ikinci turunda müxalifətə dəstək məqsədilə təşkil edilib. Eyni zamanda aksiyanın əsas tələblərindən biri də Mixail Saakaşvilinin azadlığa buraxılmasıdır.
Aksiyaçılar əllərində “Mişaya azadlıq” şüarlarını tutublar.
Milli Hərəkat Partiyasının nümayəndələri aksiyaçılar önündə çıxış ediblər.