Hər dörd amerikalıdan biri demokrat Cozef Baydenin 2020-ci il prezident seçkilərində qanun pozuntuları ilə qalib gəldiyinə inanır. Moderator.az bildirir ki, bu barədə Yahoo.com Amerika ictimaiyyəti arasında keçirilmiş sorğuya istinadən xəbər verir. Sosial sorğu nəticəsində məlum olub ki, Respublikaçılar Partiyası tərəfdarlarının üçdə ikisi Donald Trampın seçkilərdəki qələbəsinin "oğurlandığına" əmindirlər.
Sorğu iştirakçılarının 29 faizi - yetkinlik yaşına çatmış amerikalılar - seçicilərin kütləvi aldadılma versiyasına inandıqlarını söyləyiblər. Bu rəqəmin il ərzində çox da dəyişmədiyi qeyd olunub. Bu fikir Respublikaçılar Partiyası tərəfdarlarının üçdə ikisindən çoxu tərəfindən dəstəklənir - söhbət respublikaçı seçicilərin 66 faizindən gedir. Demokratlar arasında Trampın qələbəsinə yalnız üç faiz inanır.
Sözügedən sorğuda respondentlər digər sualları da cavablandırıblar. Onların bir çoxu Amerika ictimai rəyində daha böyük parçalanma olduğunu nümayiş etdirib: məsələn, Bayden tərəfdarlarının 90 faizi yanvarın 6-da Vaşinqtonda Kapitoliyaya girən etirazçıları "terrorçu" adlandırmağa razıdır, sorğuda iştirak edən Tramp tərəfdarlarının 74 faizi isə bu fikirlə razı deyillər.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hadisələr barədə öz versiyasında israrlıdır. İyulun 25 -də o, hazırkı prezident Co Baydenin saxta seçkilərlə hakimiyyətə gəldiyi üçün ABŞ-ın "bir dövlət olaraq çökdüyünü" söyləmişdi. Onun fikrincə, Amerika vətəndaşları "yüz minlərlə və milyonlarla səslə" demokratların hiylələri haqqında məlumatlandırılmasa, Respublikaçılar Partiyasının gələcəyi yoxdur.
Moderator.az