Hamilə olduğundan xəbərsiz olan qadın təyyarədə uşaq dünyaya gətirdi...
Dünya
1952
05 May 2021 | 22:37

Hamilə olduğundan xəbərsiz olan qadın təyyarədə uşaq dünyaya gətirdi...

ABŞ-ın Utah əyalətindən Havaiyə edilən uçuş zamanı gözlənilməz hadisə baş verib. Hamilə olduğundan xəbərsiz olan qadın uçuş zamanı uşaq dünyaya gətirib.

 

Moderator.az xəbər verir ki, Lavinia Mounqa adlı qadının təyyarənin havaya qalxmasından bir müddət sonra doğuş sancıları başlayıb. Təyyarədə olan həkim və tibb bacılarının köməyi ilə sözügedən qadın 29 həftəlik uşaq dünyaya gətirib.

 

ABŞ mediasında yer alan xəbərlərə görə, təyyarə yerə endikdən sonra xəstəxanaya aparılan ana və uşağın vəziyyətinin normal olduğu bildirilib.

 

Kamran

Link kopyalandı!
Son xəbərlər