“Şəhidin bulağını sökmək nə deməkdir?..” - Rəşid Mahmudov icra başçısına səsləndi
3427
07 Aug 2021 | 15:19

“Şəhidin bulağını sökmək nə deməkdir?..” - Rəşid Mahmudov icra başçısına səsləndi

Xəbər verdiyimiz kimi birinci Qarabağ savaşında Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşən Siyəzən rayon sakini şəhid Kərimov Elsevər Qazəhməd oğlunun yaşadığı kənddə adına olan şəhid bulağının sökülməsi insanlar tərəfindən etirazla qarşılanıb. Yayılan məlumata görə bu işin sifarişçisi icra başçısı Novruz Novruzovdur. İddialar görə icra başçısı hətta şəhidin kəndin girişində olan fotosunun da ərazidən götürülməsi üçün göstəriş verib.
 
Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov icra başçısının bu əməlinə görə təəssüfləndi:
 
“Dövlətimiz rüşvət alan, insanları incidən icra başçılarının artıq bir çoxunu həbs edib. Hətta onlardan biri, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevə və müavininə artıq hökm oxundu. Bəs görən digər icra başçıları bundan nəticə çıxarmırlar? Fikirləşmirlər ki, bir gün onları da etdikləri özbaşınalığa görə Kürdəxanı təcridxanasına göndərəcəklər. Şəhid ailələrinə qarşı yerlərdə çox özbaşınalıqlar var. İcra başçıları onları bəzi hallarda qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Mən bir neçə gündür ki, Gədəbəydəyəm və gedib əsgərlərimizə və ordan da imkansız bir ailəyə baş çəkdik. Vətən müharibəsi zamanı şəhid olan döyüşçülərimizin ailələrinə də həmin vaxt köməklik etmişdik. Şəhid ailələrinə, qazilərimizə hörmət olmasa, heç kəs müharibəyə getməz. Şəhidin bulağını sökmək nə deməkdir? Bu kimə ağırlıq edirdi ki? Çox təəssüf edirəm və inanıram ki, şəhidin bulağını sökən şəxslər öz layiqli cəzalarını alacaqlar”.
 
Vasif Əlihüseyn
 
 
Link kopyalandı!
Son xəbərlər