A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ?- Yaxud sosial medianın “Yarməmməd”ləri
Oxunub: 1350
19 Apr 2021 | 13:59
A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ?- Yaxud sosial medianın “Yarməmməd”ləri
Allah hər iki Mirzəyə rəhmət eləsin! Həm Cəlilə, həm də İbrahimova!
 
Adətən bunu fəxrlə, bəzən isə nə gizlədək, qəribə bir təəccüblə söyləyirik ki, bizim üçün böyük Mirzə Cəlil, Üzeyir bəy, Sabir, o biri Kişilər həmişə klassik olduqları qədər də müasirdirlər. Niyə? Çünki onların bir əsr əvvəl yazdıqları, söylədikləri bu gün də aktualdır, günümüzün obyektiv gerçəklikləri, sərt reallıqları ilə qibtəediləcək dəqiqliklə, daha doğrusu, təəssüf ediləcək dəqiqliklə, yüzdə-yüz üst-üstə düşür. Bəlkə də burada bir qəribəlik axtarmağa lüzum da yoxdur, çünki dəyişən yalnızca zəmanədir, bizsə elə həminkiyik, həmişəkiyik, nə idiksə, oyuq. Çuxanı kostyuma, çarığı ayaqqabıya, börkü “panama”ya dəyişsək də, onillər öncə necə varıydıqsa, eləcə də qalmışıq.
 
Niyə durduğumuz yerdə keçmişi yada saldıq?! Günümüzün istər ənənəvi, istərsə də internet mediasını “vərəqləyəndə” adını çəkdiyim və çəkmədiyim Kişilərin yazdıqları yada düşür, yaratdıqları tiplər göz önündə cərgələnir.
 
Mirzə Cəlil nə istəyirdi? Onu “döyənləri” heç məhkəməyə, pristava da şikayət eləmirdi. Eləcə deyirdi ki, a mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? ... Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.
 
Bəli, Mirzə Cəlil də, Sabir də, o birilər də bu millətə irfan, maarif işığı bəxş etdiklərinə, sözləri ilə dümsükləyib qəflət yuxusundan ayıltmağa çalışdıqlarına görə nadan və cahillərin tənqidinə tuş gəlirdilər.
 
Günümüzdə belələri yoxdurmu? Var, özü də bir ambar – işbilməzlər, qəlbiqaralar, içixıltlılar, özgə gözündə tir axtaranlar, ətrafdakı yaxşını, ağı, işığı, inkişafı, yanındakının uğurunu sinirə bilməyənlər!...
 
Neyləyirlər? – Öndə gedənlərin cərgəsinə can atmaq, faydalı bir işin qulpundan yapışmaq, yaxşı bir işə çiyin vermək, uğura sevinmək, qaranlığı aydınlatmaq əvəzinə, yazırlar, Hövsan aerasiya stansiyasının “ətrini” verən təhqir, təhniz, latayır, şər-böhtan yağdırırlar. Lap o “mənim olmayan, viranə qalsın” məsəlindəki kimi.
 
Nədən yazırlar? – Narazı qaldıqları, əllərinin çatmadığı hər şeydən!
 
Kimdən yazırlar? – Ortabab məmurundan tutmuş ən başda qərar tutanına qədər hamıdan!
 
Kim yazır? – iki eşşəyin arpasını bölə bilməyəndən başlamış ta ki aliminədək!
 
Özü də indi yaxşıdı, çox rahatdı, imzanı gizlətməyə, xətti dəyişməyə, uşağa yazdırmağa ehtiyac yoxdur; yum gözünü, aç ağzını, kimdən istəyirsən, necə istəyirsən, yaz, döşə, biabır elə. Heç Rza bəyin “cəridə”sinə də ehtiyac yoxdur. İnternetin canı sağ olsun, “feysbuk”-filan var.
 
İnformasiya texnologiyalarının inkişafının məhsulu olan sosial messencerlərin həyatımıza girməsi isə “samizdat” xiridarları üçün lap göydəndüşmə oldu. Sübh tezdən şalvarını əyninə keçirməmiş aç, tutaq ki, “feysbuk”u, min alaşa atını və çap köndələninə; ifraz elə içindəki hikkəni, yalan-böhtanı, çirkinliyi... onsuz da bu seqmentin kommunxozu-zadı da yoxdu ki, tökdüyün möhtəviyyatı süpürüb atsın.
 
Mövzu da ki, boldur. Çox uzağa getməyək, götürək elə bəzi “klaviatura qəhrəmanları”nın yazmaqdan çürüyünü çıxartdıqları Ali Attestasiya Komissiyası mövzusunu. Bəli, son vaxtlar mediologiyanın “vətəndaş jurnalistikası” adlandırdığı seqmentdə – sosial şəbəkədə AAK-la bağlı müxtəlif fikirlər səsləndirilir, onun fəaliyyəti, yaxud fəaliyyətsizliyi barədə “dürlü-dürlü” rəylər bildirilir, haqlı yaxud ədalətsiz qənaətlər tirajlanır.
 
Həzərat, desək ki, bu, ölkə gündəmini zəbt etmiş, ictimai auditoriyanın dilindən düşməyən, ölkənin iqtisadi-siyasi, sosiomədəni, humanitar inkişafının vazkeçilməz, təməl mövzusudur, bilmərrə yox!
 
Bəli, lazımdır, vacibdir, yüzlərlə tədqiqatçı, alim gözünü bu qurumun “iki dodağının” arasından çıxacaq sözə dikib.
 
Bəli, bu sahədə əməlli-başlı “intizar” problemi də yaşandı. Ancaq zərurət idi! Ölkə həyatının bütün tərəflərini, seqmentlərini ağuşuna almış islahat dalğası bu təşkilatdan yanmı keçməli idi? Məgər həmin binanın divarları arasında hansı korrupsiyanın, bürokratiyanın, dəstəbazlığın, ədalətsizliyin “qıy vurub, qanad saldığını” bilən yoxdumu? Heç şübhəsiz, bəzi-para ağzını “allah yoluna” qoyanlar var ki, bəlkə də onların işinə, bazarına yarıyırmış o cür dərəbəylik.
 
Ancaq bu gün həmin qurumu “gözünü yumub, ağzını açmaq” prinsipi ilə tənqid etmək, Rza bəy sayağı “dədələrinə od vurdum” əxlaqı ilə dilə-dişə salmaq, mənasız və auditoriyasız müzakirələrə mövzu pərçimləmək çirkin bir qərəzdən, məkrli oyunlardan xəbər verir.
 
Söhbətin istiqamətini niyə AAK mövzusuna yönəltdik?! Bu yaxınlarda sırf təsadüf nəticəsində “facebook”da bir nəfərin bəhsi gedən qurumla bağlı statusunu gördüm. Diqqətimi çəkdi və başladım “FB şəcərə”sini vərəqləməyə. Adamın rəsmi bir “AAKşünas” olduğu üzə çıxdı. Nəsrlə yazıb, nəzmə çəkib, ürəyi soyumayıb özünü həcvdə sınayıb, bəs eləməyib, “açıq məktub” ünvanlayıb. Kəsəsi, elə bil qədim yunanlar epistolyar janrı məhz bu “yuzer” üçün icad edibmişlər.
 
Maraqlandım, adam sıradan biri, diplomu gecikən zavallı, yaxud işi qaytarılmış hansısa narazı birisi olsa idi, bəlkə də yeri vardı, düşünərdin ki, bəs acıqlıdır, neynəsin, o da ürəyini bu cür boşaldır. Heyhat, adam qosqoca professor, alim, müəllim, keçmiş ittifaqın nüfuzlu bir ali məktəbinin məzunu, sahəsi üzrə nadir mütəxəssislərdən biri idi – Həbib Zərbalıyev!
 
Görünəni budur ki, hörmətli professor öz “FB” səhifəsini artilleriya batareyasına çevirib və dayanmadan AAK-ın mövqelərinə yaylım atəşi açır. Hədəfsə nə elmdir, nə də müdafiə gözləyən tədqiqatçılar, birbaşa qurumun sədri professor Famil Mustafayevdir. Statusların üslubu, müraciətin forması, atmacalardakı ədviyyatın tündlüyü, təhkiyədəki laüba və s. bunu sübut edir. Maraqlıdır, niyə, nə üçün? AAK sədri nə yeyib, nə içib ona verməyib ki, bu söz “kanonir”inin qəzəbinə tuş gəlib? Və ümumiyyətlə, nə isə verməlidirmi? Belə bir öhdəliyi varmı?
 
Biz Həbib Zərbalıyevin “FB” yaradıcılığının məhz Ali Attestasiya Komissiyası ilə bağlı “qol”u ilə yaxından tanış olduq. Dörd onilliyə yaxın peşəkar mətbuat təcrübəsi olan birisi kimi cəsarətlə söyləyə bilərəm ki, yazdıqları birə-bir müasir medianın bədxassəli şişinə çevrilmiş “reket jurnalistika”sı təsnifatına uyğun gəlir. Hər sətirdən qərəz, təmənna, qane edilməmiş tələb püskürür və püskürdükcə də adamın içindəki xıltı, pası, çürüyü qovub bayıra çıxarır. Dilçi alimin dilin mənfi enerjisi və leksik “xəzinəsi” ilə silahlanıb “vizavi”sinə saldırmasını, sözün qəhrini çəkəcək, urvatını, abır-həyasını qoruyacaq birisinin “söz hərəkəti qaydalarını” pozaraq “avtoş”luq eləməsini müşahidə etmək həqiqətən utancvericidir. Görəsən, hardandır bu müştəbehlik, kim verib ona bu ixtiyarı, bu səlahiyyəti? Hədəf seçdiyi şəxsin mədəniyyəti, ziyalılığı, həlimliyimi? Bunca etikadan kənar ifadə və replikaları, ürəkbulandıran atmacaları, hərzə-hədyan ifadələri nəinki alim, professor, ziyalı, heç “tolkuçka” alverçisi belə özünə yaraşdırmazdı. Amma Zərbalıyev yaraşdırır. Zərbəni zərbə dalınca endirir.
 
Bəs umacağı, qarnının ağrısı nədir, adamın? Yazdıqlarına inansaq, fədaidir, elmin “Danko”sudur, yanar ürəyini məşəl edib AAK-ın guya tədqiqatçıların üzünə bağladığı yolları işıqlandırmaqla məşğuldur. Bu yolla özünə həmfikir axtarır, bəlkə də qolunu gücləndirmək, AAK-ı daha “effektiv” üsullarla yola gətirmək məqsədilə gənc tədqiqatçıların çarəsiz durumundan sui-istifadə etməyə, ətrafına narazı “elektorat” toplamağa çalışır.
 
Mübahisə etmirik; professorun AAK-ın Əsasnaməsindəki bəzi müddəalarla, texniki məqamlarla bağlı söylədiyi fikirlərin bir qismi konstruktiv sayıla bilər, hətta bölüşürük də. Lakin həmin faydalı irad və tövsiyələrini ifadə edərkən belə müəllif tendensiyalı olduğunu gizlədə bilmir. Məsələn, bu il martın 17-də bir il əvvəl uzaq İndoneziyada qələmə aldığı uzun bir statusu – Açıq məktubu təkrar paylaşıb. Anlaşılan odur ki, Telman, Muğan, Rövşən isimli bir neçə alim AAK-ın fəaliyyəti ilə bağlı müsbət bir yazı yazıb və bu da onlara cavab verir: təbiri caizsə, “neprav” çıxarır, düz yolla yürümədiklərini söyləyir, “həyatı başa salır”, “likbez” dərsi keçir, hətta arada bir “düdəmeyi-hindi” gəlməkdən də özünü saxlaya bilmir. Hətta müəlliflərdən birini az qala şantaj da edir: “Sizin əsərlərinizə edilmiş (yaxud edilməmiş) istinadlarla bağlı internetdə apardığım axtarışlar isə heç bir nəticə vermədi”. Soruşan gərək ki, atam-qardaşım, məgər bu AAK mövzusu əmtəə-zaddır ki, inhisara alıb heç kimə fikrini yazmağa mafar verməyəsən?! Olmaya sən elmin “OBXSS”-i-zadısan ki, camaatın elmi fəaliyyətini ələkdən keçirəsən?
 
Allah-allah! Adamda özgüvənin olması pis şey deyil də, amma bu qədər ambisiya, “mənəm”lik səhhətə də ziyandır!
 
Ən pisi isə odur ki, sən demə, Həbib Zərbəliyev dava döydüyü AAK sədri ilə el-obalı imiş: “...bizim oxuduğumuz iki qonşu məktəbin...” Neynək, anlaşılandır! Əsil xain qonşuya, paxıl məktəb yoldaşına xas davranışdır – ellisinin uğuruna sevinmək, təəssübünü çəkmək əvəzinə, üstünə “çəllək dığırlatmaq”, badalaq gəlmək!
 
Etiraf edim, media təsərrüfatında ilk növbədə öz həmyerlilərindən hərzə-hədyan yazan jurnalistlərin bu əcaib hərəkəti məni həmişə təəccübləndirib. Səbəbini soruşanda da cavabları bu olub ki, əşşi, öz yerlimizdi, məhkəməyə-zada vermiyəcək ha! Təbii ki, bu cür kəmfürsətliyin, nadürüstlüyün arxasında gizlənən əsas məqsəd, bir qayda olaraq, andıra qalmış maraq, lənətə gəlmiş “gödən” davası olub.
 
Qəribədir, bir neçə min kilometr uzaqda yerləşən bir ölkədə belə Zərbalıyevə havanı, suyu, istirahəti haram eləyib, yerinə qor salan, yuxusunu ərşə çəkən aqressiyanın səbəbi nədir ki, qollarını çırmayıb girişib “FB”-yə, “Nə yemisən? - Turşulu aş! – döşəyir AAK-ın keçmiş rəhbərlikdən miras qalmış problemlərin ağırlığından təzə-təzə düzələn qəddinə.
 
Adamın Allahı olar, axı, Ali Attestasiya Komissiyası hələ heç “bismillah” eləyib düz-əməlli işə başlamayıb da ki, haqqında nələrisə iddia edə biləsən. Bir də ki, görünəni odur ki, daha əvvəlki “təşti-tabaq sınıb”, bazar bağlanıb, qapısına da yepyekə bir “İstanbul qıfılı” vurulub.
 
Professor yazır ki, “çıxışın mənə göndərilmiş fraqmentlərindən”... Belə bəlli olur ki, kimlərsə uzaq İndoneziyada da adama rahat oturmağa mafar vermir, təzə-tər “komplo”larla təchiz edir. Sanki bütöv bir şəbəkə qurulub, sindikat fəaliyyətdədir.
 
Evrika! Bəlkə “Zərbəliyev & K0”-nı rəncidə salan da elə budur – AAK-ın indiki fəaliyyətindəki şəffaflıq, ciddilik, məsuliyyət, ədalət, elmi etika, prinsipiallıq və s.?!
 
Məhz müraciət icabı, hörmətli professorun yaxınlarda qələmə aldığı təzə-tər opuslardan biri “Nağıl timsallı Ali Attestasiya Komissiyası” adlanır. Bəli-bəli, təəccüblənməyin, adamın AAK-la bağlı fundamental yaradıcılığı artıq multiddissiplinar xarakter alıb, şifahi xalq ədəbiyyatının janrları ilə də zənginləşib: bayatı var, ağı var, nanay, tapmaca, artıq nağıl da var, çox keçməz holavar, düzgü, tapmaca, dastan da yazar.
 
Gələk nağıla. Oxucularına “Cırtdan” nağılı danışan filoloq-alim Mirzə Cəlilin Novruzəlisindən, “İtqapan” kəndindən, “mina xəritəsi”ndən”, “maska”dan, “... alim olmaq istəyənlər ordusunun da Famil Müstafayevin onların yolunda basdırdığı "mina"ları "dron"larla partladıb AAK-yə elm bayrağını sancmaq fikrində” olduqlarından bir növ alleqorik şəkildə bəhs edir. Hətta arada, “Görək F.Mustafayevin zavodu (onun şəxsi zavodunu demirəm, elmə qarşı silah istehsal edən zavodunu nəzərdə tuturam) ...” kimi bir cümlə quraraq mövzuya dəxli olmayan mətləblərə sapand atır. Artıq bunun adı hər nədirsə, alimlik, ziyalılıq, obyektivlik deyil. Bir başqasının dilindən çıxsa idi, deyərdik ki, tərbiyəsizlikdir, mərifətsizlikdir, fatmanisəxalalıqdır, işgüzar nüfuza xələl gətirməkdir, nəhayət, kişiliyə yaraşmayan sifətdir! Zira, kişi olan kəs sübut edə bilməyəcəyi sözü qələt eliyib ağzına almaz.
 
Və nəhayət, ağlınca hamını qabağına qoyub dərs keçən müəllim nağıllara belə mehr salıbsa, bilməli idi ki, Cırtdanın nənəsi uşaqlara qovurğa verməmişdi, yağ yaxmacı vermişdi, yəni dürmək. Yox, bir popkorn, qamburger!
 
Yaxud müdafiəqabağı elmi seminardan AAK sədrinin təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı mühakimə nə qədər obyektivdir, nə qədər ağlabatandır? Bu nə xəstə təxəyyüldür, idbar zehniyyətdir, zərərli propaqandadır?!
 
Zərbalıyev yazır: “Famil Mustafayevin bircə eyhamı ilə bu doktorlardan biri, yaxud ikisi müxtəlif bəhanələrlə seminarın iclasına gəlmir. Bundan sonra iddiaçının qara günləri başlayır. ... bu, Famil Mustafayevin iddiaçılara qurduğu tələdir və onunla əlbir olan müəssisə rəhbərlərinin də işinə yarayır. Eyni hal dissertasiyaların müzakirəsini keçirən şuralarda da təkrar olunacaqdır”.
 
İnanmağı belə dəhşətlidir, ağlasığmazdır ki, bu cür sərsəm, reallıqla heç bir əlaqəsi olmayan, elmi ictimaiyyət arasında düşmənçilik, təfriqəçilik toxumu səpməyə hesablanmış zərərli fikirlər bir alimin, müəllimin, yaşlı-başlı adamın beynindən çıxır. Məgər ali məktəb və elmi-tədqiqat institutlarındakı seminar, yaxud müdafiələri Famil Mustafayevmi təşkil edir? Yaxından-uzaqdan əlaqəsi belə yoxdur! Bu iş elmi müəssisələrin öz səlahiyyətindədir. Məgər AAK sədri müdafiə gözləyən yüzlərlə iddiaçının düşmənidirmi? Axı, niyə görə hamı birləşib müdafiə ərəfəsində olan iddiaçılara “badalaq gəlir”, bircə Həbib Zərbalıyev, əstağfirullah, Xızır peyğəmbər misalı, yetişib kömək etmək istəyir?!
 
Həbib Zərbalıyev və onun AAK mövzusunu saqqıza çevirmiş digər “AAKşünas” qələm yoldaşı, o da dilçi-professor İdris Abbasov elmi seminar və müdafiə mərhələlərinin texniki prosedurlarından bəhs edərkən unudurlar ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, eləcə də “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” AAK sədri Famil Mustafayev tərəfindən deyil, Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qavramaq və dərk etməklə bağlı problemləri olan adamlar üçün kiçik bir izahat verək ki, həmin normativ sənədin altında ölkə Prezidenti cənab İlham Əliyevin imzası durur. Yaxşı, siz təvazökarlıq barədə bütün etik anlayışları görməzdən gəlib özünüzü Famil Mustafayevdən ağıllı saya bilərsiniz, əcəba, ölkə başçısındandamı?
 
Hə, bir də unutmamış, soruşa bilərsiniz ki, bu “Yarməmməd” söhbəti nə idi, atmısınız ortaya? Mirzə İbrahimovun “Böyük dayaq” romanı yadınızda olar. Ən azından filmini görmüsünüz. Yastı Salmanın, Kələntər lələşin fitvası ilə kolxoz sədri Rüstəm kişinin haqqında donosu donosa calayan Yarməmməd ifşa olunanda “raykom” katibinə “yazıçılığının” səbəbini belə izah edir: “Azarım var, yoldaş Aslan, yazmasam dura bilmirəm. Hərənin bir azarı olan kimi, mənim də var. Biri çaxır içir, biri qumar oynayır, o biri arvad ölüsüdür, mənimki də budur. Əlim geyişir: eşitdiyimi yazıb göndərirəm üzü yuxarı. Qoy yuxarılar yoxlasın, düz çıxar yaxşı, düz çıxmaz canınız sağ olsun. Kimdən nə gedir ki...”
 
Bəli, bu gün Azərbaycan elminin təmizliyinin, “milli maraqlarının” keşiyində duran Ali Attestasiya Komissiyasından yazanların məqsədi kimlərəsə kömək etmək deyil, əsla, fəaliyyətini yeni qayda və prinsiplər əsasında qurmuş bu quruma çirkab atmaqdır, ətrafında mənfi rəy yaratmaqdır. Unudurlar ki, inqilabları avantüristlər edir, hakimiyyətəsə bir qayda olaraq “ələkçinin qıl verənləri” yiyələnirlər.
 
P.S. Sonda maraqlı, həm də ibrətamiz bir məqama toxunmaq istərdik. Həbib Zərbalıyev AAK-la bağlı “əsərlərindən” birində riyaziyyatdan misal gətirərək yazır: “Pifaqor “4” sayını ilk kvadrat (2-nin kvadratı), ədalət simvolu kimi qəbul edirdi”. Və bir dəxilsiz remarkadan sonra həmin fikri rusca da ifadə edir: «Cогласно Пифагору, 4 – это справедливость, это первый квадрат, воздаяние равным за равное».
 
Biz böyük riyaziyyat alimi Əl-Xarəzmidən misal gətirəcəyik. İnsanın dəyəri ilə bağlı suala o belə cavab verir: “Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, 1-in yanına sıfır da artır = 10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır = 1000. Alınan rəqəmdən 1 (yəni, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Deməli, hər şey insanın əxlaqından asılıdır”.
 
Həyatda da, elmdə də, yaradıcılıqda da əxlaq birinci şərtdir!
 
O ki, qaldı rusca tərcüməsinə, yaxşısı budur, “Leninin dilində” fransız yazıçısı Anatol Fransa aid bir müdrik kəlamı səsləndirim: «Дьявол столь необходим святым, как и Бог, ибо без искушений и соблазнов их жизнь была бы лишена всякой заслуги».
 
Xalid NİYAZOV
Oxşar xəbərlər
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi